Kolumbiyada kömür mədənində partlayış nəticəsində 3 nəfər ölüb


Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.



Santander inzibati bölgəsinin Landazuri şəhərindəki kömür mədənində qaz toplanması nəticəsində partlayış baş verib.

Axtarış-xilasetmə qruplarının səyi nəticəsində 3 şaxtaçının cəsədi tapılıb.

Santander Risk İdarəetmə Ofisi meneceri Fabian Varqas açıqlamasında daha 2 mədənçinin dağıntılar altında qaldığını bildirib.

Bölgəyə mülki müdafiə, polis və mədənçilərdən ibarət çoxlu könüllülər göndərilib.

Yerli mətbuatda yer alan xəbərlərdə kömür mədəninin qanunsuz olduğu və onun bağlanması ilə bağlı qanuni qərarın verildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu