Kolumbiyada mədən partladı: 11 nəfər öldü - VİDEO


Kolumbiyanın Sutatausa şəhərində kömür mədənində baş verən partlayış nəticəsində ən azı 11 nəfər ölüb, 10 işçi dağıntılar altında qalıb.


Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə və ilk yardım qrupları göndərilib. Cundinamarca qubernatoru Nicolas Garcia hadisədən sonra verdiyi açıqlamada bildirib ki, içəridəki insanlar üçün hər dəqiqə həyati əhəmiyyət daşıyır, "çünki içəridə oksigen tükənir".

2 nəfər sağ-salamat xilas edilib, lakin 11 nəfər həyatını itirib. İlk təsbitlərə görə, mədəndəki partlayışın alovlu partlayış olduğu qiymətləndirilir, mədəndə qapalı qalan 10 işçinin xilasetmə işləri davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu