Mərakeşdə dağıntılar altında qalan eşşək 10 gündən sonra xilas edilib


Mərakeşdə zəlzələdən 10 gün sonra axtarış-xilasetmə qrupları dağıntılar altından bir eşşəyi xilas edib.


Sentyabrın 8-də Mərakeşdə baş verən 6,8 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Mərkəzi və Qərbi Uels Yanğın və Xilasetmə Xidmətinə bağlı qrup 10 gün sonra dağıntılar altında qalan eşşəyi sağ-salamat xilas edib.

Xidmətdən verilən açıqlamada eşşəyin Mərakeşin kənarındakı İmni-n-İsli kəndində dağıntılar altından uzun səylərdən sonra xilas edildiyi bildirilib. "Böyük Britaniya tərəfindən edilən qiymətləndirmədən sonra- ISAR struktur mühəndisi qrup, uyğun təhlükəsiz iş sistemi ilə eşşəyə çatmaq üçün sıx səy göstərdi. Xilas ediləndən sonra eşşək yerli baytar tərəfindən müayinə olunub” - deyə açıqlamada bildirilir.

Açıqlamada eşşəyin sahibinin xilasetmə əməliyyatına görə son dərəcə minnətdar olduğu bildirilib.

Mərakeşdə baş verən zəlzələ fəlakətində indiyədək 2 min 901 nəfər ölüb, 5 min 530 nəfər isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu