Ukrayna Rusiyanın hava bazasını vurdu
![](/uploads/posts/2025-02/ukrayna-rusya-kolaj-1780900_1.jpg)
Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına hava hücumu təşkil etdiyi açıqlanıb.
Ukrayna Baş Qərargahının açıqlamasına görə, Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum edilib.
Rusiya ordusunun bu bazadan hava əməliyyatları üçün istifadə etdiyi vurğulanan bəyanatda “Şahed” tipli PUA-ların Ukrayna ərazisinə buraxılması, PUA-ların saxlanması və hazırlanması, həmçinin Zaporojya və Xerson vilayətlərində fəaliyyət göstərən Rusiya döyüş təyyarələrinin saxlanması üçün istifadə edildiyi bildirilib.
Bəyanatda deyilir ki, hücum Ukrayna ordusunun Pilotsuz Sistem Qüvvələrinin bölmələri və müdafiə qüvvələrinin digər elementləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.