Ukrayna: "Rusiya ordusuna məxsus döyüş təyyarəsini vurduq"


Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyanın Su-34 tipli döyüş təyyarəsini vurduqlarını bildirib.



Oleşuk sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun Rusiyanın Su-34 tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada bildirilib ki, bu gecə Rusiya S-300 idarə olunan raketi, X-59 hava raketi və 4 X-22 qanadlı raketi, həmçinin 19 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum edib.

Qeyd edilib ki, Ukrayna fevralın 17-dən bəri Rusiyaya məxsus 6 döyüş təyyarəsini vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu