Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna zərbələr endirib


Rusiya Ukraynanın enerji, yanacaq və nəqliyyat obyektlərinə gecə saatlarında hücumlar həyata keçirib.

AFN.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarla bağlı açıqlamasında ölkənin enerji, yanacaq və nəqliyyat infrastrukturunun hədəf alındığını bildirib.

Açıqlamada Rusiya ordusunun Kiyev vilayətinin Bila Tserkva şəhərində transformator yarımstansiyasını, Odessa vilayətində isə yanacaq anbarını vurduğu qeyd edilib.

Bildirilib ki, hücumlar zamanı Dnepropetrovsk, Jitomir və Xarkov vilayətlərində hərbi yüklərin daşınmasında istifadə olunan 4 lokomotiv də hədəfə alınıb.

Qara dənizdə hərbi yük daşıyan gəminin də vurulduğu qeyd edilən açıqlamada hücumlar zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunduğu bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu