Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu



Peru Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 8 hərbçi həyatını itirib, pilot isə ağır yaralanıb. 

AFN.az xəbər verir ki, Peru Müdafiə Nazirliyi və hərbi rəsmilərin açıqlamasına görə, Mi-17 tipli hərbi helikopter Apurimak, Ene və Mantaro çayları vadisində (VRAEM) ordu patrulunun təxliyəsi tapşırığını yerinə yetirərkən Sanabamba kəndi yaxınlığında qəzaya uğrayıb.

Axtarış-xilasetmə qrupları dünən qəza yerinə çatıb. Dağıntılar arasında aşkarlanan 9 nəfərdən 5-nin Hərbi Hava Qüvvələrinin, 3-nün isə Quru Qoşunlarının hərbçisi olduğu müəyyən edilib. Nəticədə 8 hərbçinin həyatını itirdiyi təsdiqlənib.

Qəzadan ağır yaralı vəziyyətdə sağ çıxan yeganə şəxs – pilot Enzo Espinoza Rokenin müalicə üçün paytaxt Limaya aparıldığı bildirilib. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu