“Kəpəz” Tovuzda, “Araz-Naxçıvan” Masazırda sınağa çəkiləcək
Misli Premyer Liqasının 13-cü turu bu gün keçiriləcək iki oyunla davam edəcək.
AFN.az xəbər verir ki, turun ikinci oyun günündə “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə, “Sabah” isə “Araz-Naxçıvan”la qarşılaşacaq.
Günün ilk matçı saat 16:30-da Tovuz şəhər stadionunda başlayacaq. “Turan Tovuz” – “Kəpəz” görüşünü İnqilab Məmmədov idarə edəcək. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Namiq Bəkirov dördüncü hakim, Rəvan Həmzəzadə isə VAR hakimi olacaq.
Günün digər qarşılaşması saat 19:00-da “Sabah Arena”da keçiriləcək. “Sabah” – “Araz-Naxçıvan” oyununda baş hakim Vüqar Həsənli olacaq. Vüsal Məmmədov və Gülnurə Əkbərzadə yan xətt hakimləri, Əkbər Əhmədov dördüncü hakim, Əli Əliyev isə VAR hakimi kimi fəaliyyət göstərəcək.
