“Qarabağ” – “Sabah” matçını Elçin Məsiyev idarə edəcək
Misli Premyer Liqasının XXVIII turunda keçiriləcək “Qarabağ” – “Sabah” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Turun digər maraqlı qarşılaşması olan “Zirə” – “Neftçi” matçında isə baş hakim İnqilab Məmmədov olacaq.
XXVIII turun tam cədvəli və hakim təyinatlarını təqdim edirik:
17 aprel
17:00. "Araz-Naxçıvan" – "Turan Tovuz" Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov. VAR: Fərid Hacıyev. AVAR: Rəhman İmami.
19:30. "Zirə" – "Neftçi" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Eyyub İbrahimov.
18 aprel
15:30. "Karvan-Yevlax" – "Şamaxı" Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov. VAR: Əli Əliyev. AVAR: Rahil Ramazanov.
19:30. "Qarabağ" – "Sabah" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov. VAR: Tural Qurbanov. AVAR: Cəmil Quliyev.
19 aprel
15:30. "Kəpəz" – "İmişli" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov. VAR: Elvin Bayramov. AVAR: Rəşad Əhmədov.
18:00. "Sumqayıt" – "Qəbələ" Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə. VAR: Kamranbəy Rəhimov. AVAR: Əkbər Əhmədov.


