ABŞ qüvvələri İngiltərədəki hava bazasına yaxınlaşan dronları uzaqlaşdırıb


ABŞ qüvvələrinin İngiltərənin Suffolk bölgəsində yerləşən Lakenheath Hərbi Hava Bazası ətrafında uçan altı pilotsuz uçuş aparatını (PUA) uzaqlaşdırmaq üçün dron əleyhinə sistemlərdən istifadə etdiyi və bazadakı şəxsi heyətə sığınacaqda qalmaq barədə göstəriş verdiyi iddia olunur.

AFN.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Financial Times” nəşri məsələ ilə əlaqəli mənbələrə istinadən yayıb.

“Financial Times”ın mənbələrə əsaslanan məlumatına görə, noyabrın 13-də altı PUA Suffolkda yerləşən hava bazasının yaxınlığında uçuş həyata keçirib.

Dron əleyhinə sistemlərin işə salınmasından sonra ərazidən uzaqlaşdırılan PUA-ları ələ keçirmək mümkün olmayıb.

Mənbələr hadisə ilə əlaqədar İranın əsas şübhəli tərəf kimi nəzərdən keçirildiyini bildiriblər. PUA-ların ələ keçirilməməsi onların hər hansı yük daşıyıb-daşımadığı ilə bağlı suallar yaradıb.

Mənbələrin sözlərinə görə, bu vəziyyət ABŞ və İngiltərə rəsmilərinin dronlara silah, casusluq avadanlığı və ya başqa qurğuların quraşdırılmış ola biləcəyi ehtimalını nəzərə almadan hərəkət edə bilməyəcəkləri anlamına gəlir.

Hadisə zamanı təhlükəsizlik xəbərdarlığı ilə əlaqədar bazadakı ABŞ şəxsi heyətinə olduqları yerdə sığınmaq barədə göstəriş verildiyi də qeyd olunub.

Təxminən 7 min şəxsi heyətin xidmət etdiyi Lakenheath Hərbi Hava Bazası Avropada ABŞ-ın ən böyük döyüş təyyarələri bazası kimi tanınır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu