ABŞ-ın Suriyadakı bazasına kamikadze PUA ilə hücuma cəhd edilib
Suriyanın Homs əyalətinin Tenef bölgəsində ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya mənşəyi məlum olmayan kamikadze pilotsuz uçuş aparatı ilə hücuma cəhd edilib.
Yerli mənbələrdən əldə edilən məlumata görə, İordaniya sərhədinə yaxın Homs səhra bölgəsindəki Tenefdə ABŞ qüvvələrinin istifadə etdiyi bazaya mənşəyi məlum olmayan kamikadze PUA ilə gecə yarısından sonra hücum cəhdi olub.
Bildirilib ki, bazada yerləşən ABŞ qüvvələri bazanın səhra ərazisində PUA-nı vurub.