ABŞ-ın Suriyadakı bazasına raket hücumu edilib


Suriyanın Həsəkə vilayətinin Qamışlı rayonunda İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdirildiyi Himo bazasına raket zərbəsi endirib.


Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil. ABŞ rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib.

ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla hədəfə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu