ABŞ Suriyada İrana məxsus pilotsuz təyyarəni vurdu


ABŞ silahlı qüvvələri Suriyada pilotsuz uçuş aparatını (PUA) vurub. Vurulan PUA-nın İran istehsalı olduğu ehtimal edilir. Obyekt Amerika hərbi bazasının ərazisində kəşfiyyat aparan zaman zərərsizləşdirilib.


AFN.az xəbər verir ki, məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti “Twitter” səhifəsində paylaşıb. Komandanlığın açıqlamasında bildirilib ki, fevralın 14-də yerli vaxtla təxminən saat 14:30-da Suriyadakı ABŞ qüvvələri atəş açıb. Atəşlə İran istehsalı olan PUA vurulub. PUA Suriyanın şimal-şərqindəki Konoko patrul bazası üzərində kəşfiyyat aparmağa cəhd edərkən zərərsizləşdirilib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı iki fotoşəkil də yayımlayıb. Fotolarda PUA-nın uçuşu və onun partladılması anının görüntüləri əksini tapıb.

Hadisə ilə bağlı başqa təfərrüat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu