Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını vurub


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Odessa və Nikolayev vilayətlərinə hücum məqsədilə istifadə etdiyi 8 kamikadze pilotsuz aparatını vurub.



AFN unian-a istinadən xəbər verir ki, Bu barədə "cənub" ordusunun Hava Komandanlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

"Oktyabrın 11-də saat 03:30-dan 05:30-a kimi cənub ordu qruplaşmasının zenit müdafiə qüvvələri və vasitələri tərəfindən Nikolayev vilayəti üzərində düşmənin “Şahed-136” tipli 5 kamikadze pilotsuz uçan aparatı, Odessa vilayəti üzərində isə 3 uçan aparatı məhv edilib.

Məlumatda qeyd olunub ki, Rusiya Ukraynaya qarşı İran pilotsuz uçuş aparatlarından istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu