ABŞ Yəməndə Husilərin 7 raketi və pilotsuz uçan aparatını məhv edib


ABŞ hərbçilərinin Yəmənə endirdiyi zərbələr nəticəsində Ənsar Allah hərəkatına məxsus bir pilotsuz uçan aparatı, yeddi raket və bir buraxılış qurğusu məhv edilib.



Bu barədə fevralın 21-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Fevralın 21-də Səna vaxtı ilə saat 12:00-dan 18:45-dək CENTCOM qüvvələri Husilərin Qırmızı dənizə doğru atmağa hazır olan buraxılış qurğusuna, yeddi mobil gəmi əleyhinə qanadlı raketinə və bir mobil gəmi əleyhinə ballistik raketə qarşı dörd özünümüdafiə zərbəsi endirib. Bundan əlavə, bu müddət ərzində CENTCOM qüvvələri özünümüdafiə məqsədilə birtərəfli hücum PUA-nı vurublar.

Komandanlıq bildirib ki, pilotsuz təyyarələr kommersiya və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradır. Hərbçilər qeyd ediblər ki, zərbə özünümüdafiə məqsədilə həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu