Macarıstan parlamentində deputatlar üçün qəfil testlər təklif olunur
Macarıstanın baş naziri Peter Macar parlamentdə deputatların alkoqol və narkotik istifadəsinə görə qəfil yoxlanılmasını təklif edib.
AFN.az xəbər verir ki, Macar bu təşəbbüsü müxalifət deputatı Yanoş Poçun davranışı ilə bağlı narahatlığını ifadə edərkən səsləndirib. O, parlamentdəki çıxışı zamanı poliqraf testlərinin də tətbiqini təklif edib.
Hadisəyə səbəb Poçun sosial şəbəkədə paylaşdığı “Peter Macar binqosu” adlı oyun kartları olub. Kartlarda baş nazirin parlament iclaslarında tənqid etdiyi müxalifət siyasətçilərinin adları yer alıb və deputat növbəti dəfə kimin tənqid hədəfi seçiləcəyini təxmin etməyi təklif edib.
Poç isə Macarın təşəbbüsünə cavab olaraq istənilən vaxt alkoqol və narkotik testindən keçməyə hazır olduğunu bildirib və baş nazirin də onunla birlikdə yoxlanılmasını təklif edib.
