Alman deputat Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etməyə çağırıb


Almaniya Bundestaqının Xarici Siyasət Komitəsinin sədri Mixael Rot hesab edir ki, baş nazir Viktor Orbanın Moskvaya səfəri səbəbi ilə Macarıstan Aİ Şurasına sədrlikdən getməlidir.


"Orbanın Aİ Şurasına sədrliyindən biabırçı şəkildə sui-istifadə etməsi və mandatsız Kremlə getməsi qalmaqaldır. O, Aİ-nin xarici siyasətinin əsas prinsiplərini sarsıdır" - deyə deputat X hesabında yazıb.

İyulun 5-də Kremldə Rusiya prezidenti Vladimir Putin və Orban arasında 2,5 saatdan çox davam edən danışıqlar keçirilib. Görüş hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin daxil olduğu nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

İyulun 1-də Aİ Şurasına sədrlik altı ay müddətinə Macarıstana keçib. İyulun 2-də sədrlik edən ölkənin rəhbəri kimi Macarıstanın baş naziri Kiyevə səfər edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu