136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı


Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub.

Qeyd edək ki, ilkin məlumata əsasən, məktəb binasının içərisinə pəncərədən daş atılıb.

Əməli törədən şəxslər saxlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu