ABŞ-ın Corciya ştatında əyləncə mərkəzində baş verən qəzada bir nəfər ölüb
ABŞ-ın Corciya ştatında əyləncə mərkəzində baş verən qəza nəticəsində bir nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
AFN.az xəbər verir ki, ABC News telekanalının məlumatına görə, hadisənin şahidləri bir nəfərin sürətli qatardan düşdüyünü və həmin anın xatirə fotolarına düşdüyünü bildiriblər.
Yerli vaxtla saat 16:00 radələrində baş verən qəzadan sonra əyləncə mərkəzinə gələn polis rəsmiləri bir nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını açıqlayıblar.
Sürətli qatarın marşrutun ən yüksək hissəsinə yaxın nöqtədə dayanmasından sonra sərnişinlərin təxliyə edildiyi anlar da görüntülərə əks olunub.
Hadisədən sonra əyləncə mərkəzindəki oxşar attraksionlar müvəqqəti olaraq bağlanıb.

