Çində sel fəlakəti: 3 nəfər ölüb, 18 min nəfər təxliyə edilib


Çinin Syanfen şəhərində baş verən güclü sel nəticəsində yaşayış əraziləri su altında qalıb, 18 min nəfər evlərindən təxliyə olunub. Hənan vilayətində isə sel səbəbilə 3 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.



Syanfen şəhərində təsirli olan şiddətli yağış selə səbəb olub. Nəticədə avtomobillər sel sularında itib, şəhərin müxtəlif əraziləri tamamilə su altında qalıb. Avtobus marşrutlarının fəaliyyətiməktəblərdə dərslər müvəqqəti olaraq dayandırılıb. Rəsmilər 18 min nəfərin təhlükəsiz bölgələrə köçürüldüyünü bildiriblər.



Digər tərəfdən, Hənan vilayətinin mərkəzində dünən baş verən sel fəlakətində 3 nəfərin öldüyü, 5 nəfərin isə hələ də axtarışda olduğu açıqlanıb.



Ötən həftə isə Quicou vilayətinin Ronqciang bölgəsində 4 gün ərzində iki dəfə sel fəlakəti yaşanmışdı. İyun ayının orta göstəricisindən iki qat artıq yağıntı alan bölgədə 6 nəfər həyatını itirmiş, on minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu