Çində tornado fəlakəti: 5 nəfər öldü


Çinin Jiangsu əyalətində baş verən tornado nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Tornadodan 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, təbii hadisə Çinin şərqindəki Suqian şəhərində baş verib.

Elektrik xətləri sıradan çıxıb və yer bir növ "döyüş bölgəsinə" çevrilib.

Qəzalarda 5 nəfərin öldüyü, 4 nəfərin yaralanaraq xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

İlkin məlumata görə, tornadodan 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib, 405 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Şəhərin fövqəladə hallar idarəsinin məlumatına görə, 41,8 hektar əkin sahəsinə də ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu