ABŞ-da zəncirvari yol qəzası: 8 nəfər öldü


ABŞ-ın Corciya ştatında baş verən zəncirvari yol qəzasında ölənlərin sayı 8-ə çatıb.

Cekson dairəsinin tibbi ekspertinin müavini Din Strinqer bildirib ki, Corciya ilə Atlanta arasında yerləşən magistral yolda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində yanaraq həlak olan səkkizinci şəxsin cəsədi tapılıb.

Hadisə zamanı yanaraq həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Yerli rəsmilərin məlumatına görə, “zəncirvari reaksiya” kimi xarakterizə olunan ilkin toqquşmadan sonra daha dörd avtomobil qəza zəncirinə qoşulub.

Qəza zamanı bölgədəki heyvan sığınacağına məxsus bir avtomobilin də hadisəyə qarışdığı, nəqliyyatda olan 37 pişikdən bəzilərinin yanaraq xəsarət aldığı və müalicəyə götürüldüyü bildirilib.

Cekson dairə polisinin ilkin açıqlamasına əsasən, bazar ertəsi baş vermiş qəza zamanı alovlanan mikroavtobusda 7 nəfər həyatını itirib.

İlkin araşdırmalara görə, yük maşınının sərnişin daşıyan mikroavtobusla arasında kifayət qədər məsafə saxlamaması qəzanın əsas səbəbi olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu