Hindistanda otel restoranında baş verən yanğında 21 nəfər ölüb



Hindistanın paytaxtı Yeni Dehlidəki otellərdən birinin restoranında baş verən yanğında ilkin məlumatlara görə 21 nəfər ölüb.

AFN.az xəbər verir ki, "NDTV" telekanalının yaydığı məlumata görə, Yeni Dehlidə təxminən 40 nəfərin qaldığı 5 mərtəbəli otelin zirzəmi qatındakı restoranda yerli vaxtla saat 08:50 radələrində yanğın qeydə alınıb.

Hadisə barədə daxil olan çağırış əsasında bölgəyə çox sayda yanğınsöndürən briqada cəlb edilib.

Yanğın başladığı vaxtda oteldə qalan şəxslərin böyük hissəsinin yatmış vəziyyətdə olduğu bildirilib.

Hadisə nəticəsində ilkin müəyyən edilmiş rəqəmlərə görə 21 nəfər həyatını itirib, çox sayda insan isə xilasedicilər tərəfindən binadan təxliyə edilərək xilas olunub.

Yanğının hansı səbəbdən çıxdığı hələlik məlum deyil.

Hindistanın Baş naziri Narendra Modi sosial media hesabı üzərindən etdiyi paylaşımda yanğında həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu