“Sabah”ın matçına görə Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək



Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

AFN.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu zaman “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək. Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək.

Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki isə dəyişdirilməyəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu