"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi – 6:0
UEFA Çempionlar Liqasının ikinci turunda Türkiyənin “Fənərbaxça” klubu İngiltərənin “Aston Villa” komandası ilə qarşılaşıb.
AFN.az xəbər verir ki, oyun “Aston Villa”nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşma İngiltərədəki “Villa Park” stadionunda keçirilib.
Oyunda hesabı 12-ci dəqiqədə Yohan Manzambi açıb. Nikolas Cekson 31-ci və 39-cu dəqiqələrdə fərqlənərək ilk hissənin nəticəsini müəyyənləşdirib – 3:0.
İkinci hissədə də üstünlüyünü davam etdirən “Aston Villa” Ross Barklinin 68-ci (penalti) və 72-ci dəqiqələrdə vurduğu qollarla fərqi artırıb. Temmi Abraham isə 90-cı dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib – 6:0.


