Aston Villa Zaniolo ilə bağlı qərarını verdi - "Qalatasaray"a qayıdacaq


Premyer Liqa komandalarından olan "Aston Villa"nın mövsümün əvvəlində "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zaniolonun satın alma opsiyasından istifadə etməmək qərarına gəldiyi iddia edilib.



"Qalatasaray"ın mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verdiyi Nikolo Zaniolonun gələcəyi ilə bağlı təəccüblü iddia ortaya atılıb.

Jacob Tanswell tərəfindən The Athletic-də nəşr olunan xəbərə görə, "Aston Villa" mövsümün əvvəlində böyük ümidlərlə "Qalatasaray"dan icarəyə götürdüyü, lakin gözlədiyi nəticəni ala bilməyən italyan hücumçu Nikolo Zaniolonun alış opsiyasından istifadə etməyi planlaşdırmır. Böyük sürpriz olmasa, Zaniolo mövsümün sonunda “Qalatasaray”a qayıdacaq.

"Qalatasaray" mövsümün əvvəlində Nikolo Zanyolonu "Aston Villa"ya 5 milyon Avro icarə haqqı qarşılığında icarəyə vermişdi və İngiltərə klubu 22,5 milyon Avro üstəlik 15,5 milyon Avro bonus müddəaları ilə satın alma opsiyasına malik idi.

İndiyədək “Aston Villa”da 24 matça çıxan Zaniolo meydanda 912 dəqiqə ərzində 2 qol vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu