Dursun Özbək "Qalatasaray"ın son transferləri haqda ağızdolusu danışdı


"Zaniolo bizim müqaviləli futbolçumuzdur. Ona görə də onun daha 4 il "Qalatasaray"a xidmət edəcəyini düşünürəm".


AFN.az xəbər verir ki, bunu "Qalatasaray" klubunun prezidenti Dursun Özbək deyib. O bildirib ki, Zaniolo çox vacib oyunçudur: "O, "Qalatasaray"ın planlarında olan futbolçudur. Futbol dünyasında transferlərin, gəlib-getmələrin olması mümkündür. Mövsümün sonunu gözləmək, nə olub-bitdiyini görmək lazımdı".
Dursun Özbək İkardi haqda da danışaraq, onun da çox vacib futbolçu olduğunu deyib: "Qalatasaray" üçün çox səy göstərir. Yenə deyirəm, mövsümün sonunu gözləmək lazımdır. Azarkeşlərin məmnunluğunu bu oyunçularda görürəm. Biz də buna biganə deyilik. Amma “Qalatasaray”a böyük əmək verir hazırda. Təbii ki, bu tip futbolçuların "Qalatasarayda" qalması üçün əlimizdən gələni edəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu