Sergey Lavrov: “Yaxın Şərqdə atəşkəs üçün təcili tədbirlər görmək lazımdır”
“Yaxın Şərqdə atəşkəsin təmin olunması üçün təcili tədbirlər görmək lazımdır”.
AFN.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İsraillə Fələstin arasında danışıqlara qayıtmaq lazımdır: “Atəşkəsdən sonra danışıqların bərpasına ehtiyac var”.
Xatırladaq ki, daha əvvəl rəsmi Tehran və rəsmi Ankara da İsraillə HƏMAS arasındakı müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.