İsrail ordusu Livanla şimal sərhədində yüksək hazırlıq səviyyəsinə gətirilib


İsrail ordusu Livanla şimal sərhədində yüksək hazırlıq səviyyəsinə gətirilib.



AFN.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, bu, Livandakı "Hizbullah" silahlı qruplaşmasının dünən İsrailə ardıcıl 19 zərbə endirməsindən sonra baş verib.

Xatırladaq ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu