TƏBİB-ə icraçı direktor təyin edildi


Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.


AFN.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

İclasda Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu