Nyu-Yorkda bina çökdü: Ölən və yaralananlar var



ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda binanın qismən çökməsi nəticəsində dağıntılar altında qalan azı bir nəfər həyatını itirib, bəzi sakinlər isə yaralanıb. 

AFN.az xəbər verir ki, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) rəsmiləri Bruklində binanın qismən çökməsi barədə məlumat aldıqdan sonra hadisə yerinə gəldiklərini və dağıntılar altında qalan insanların olduğunu bildiriblər.

FDNY rəsmiləri dağılan binanın Bruklinin mərkəzində, Nyu-Kirk və Flatbuş prospektləri arasındakı bir kvartalda yerləşdiyini açıqlayıblar. Hadisə nəticəsində azı bir nəfərin öldüyü, bəzi yaralıların isə xilas edilməsini gözlədiyi qeyd olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerində binanın bir hissəsinin uçduğu və böyük dağıntıların yarandığı görünür.

Videoda çoxsaylı yanğınsöndürənlərin dağıntılar altında qalan insanlara çatmağa çalışdığı, kranın isə dağıntıları təmizləməyə cəhd etdiyi anlar əks olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu