Pakistanda polis karvanına silahlı pusqu: 11 polis həlak oldu, 12-si yaralandı
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində polis maşınlarına silahlı hücum nəticəsində 11 polis əməkdaşı həyatını itirib, 12-si isə yaralanıb.
AFN.az xəbər verir ki, hadisə Əfqanıstan sərhədində yerləşən Kohat rayonunda baş verib.
Kohat polisinin sözçüsü Məhəmməd Numan Zeb Pakistanın Express Tribune qəzetinə açıqlamasında bildirib ki, qanunsuz qızıl hasilatına qarşı əməliyyat keçirmək üçün yola çıxan polis qrupuna silahlı şəxslər tərəfindən pusqu qurulub.
Təhlükəsizlik mənbələri hücum nəticəsində 11 polis əməkdaşının öldüyünü, 12 nəfərin isə yaralandığını açıqlayıb.
Hücum zamanı 5 polis maşını da yandırılıb. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Hücum edən şəxslərə qarşı əməliyyata başlanılıb.



