MAGA tərəfdarlarının 45 faizi hərəkatın aralıq seçkilərində uduzduğunu düşünür



ABŞ-da keçirilən yeni sorğu Prezident Donald Trampın təsis etdiyi Amerikanı Yenidən Möhtəşəm Et (MAGA) hərəkatının tərəfdarlarının təxminən yarısının Konqresə keçirilən aralıq seçkilərində məğlub olduqlarını düşündüyünü ortaya qoyub. 

AFN.az xəbər verir ki, sorğuda MAGA tərəfdarlarının 45 faizi hərəkatın noyabrın 3-də keçirilən aralıq seçkilərində uduzan tərəf olduğunu bildirib.

Politico nəşrinin yeni sorğusuna əsasən, ümumi seçici qrupunda MAGA hərəkatının məğlub olduğunu düşünənlərin göstəricisi 59 faiz təşkil edib.

Eyni sorğuda ötən həftə keçirilən seçkilərdə şəxsən Trampın məğlub olduğunu düşünən MAGA tərəfdarlarının payı 34 faiz olub. Ümumi respondentlər arasında isə bu fikri bölüşən seçicilərin göstəricisi 62 faiz təşkil edib.

Xəbər saytı sorğunun nəticələrinə əsaslanaraq, Prezident Donald Trampın Respublikaçılar Partiyası üzərindəki təsirinin seçicilər arasında azaldığını qeyd edib.

Sorğunun nəticələrinin təhlili göstərib ki, MAGA tərəfdarlarının yalnız 40 faizi Trampın əvvəlki gücünü qoruduğu fikri ilə razılaşıb.

Sorğunun nəticələri Respublikaçıların ötən həftə keçirilən aralıq seçkilərdə ağır məğlubiyyətə uğramasından və bunun nəticəsində həm Nümayəndələr Palatasında, həm də Senatda azlıq mövqeyinə düşməsindən sonra açıqlanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu