Missisipidə 152 ildən sonra ilk dəfə qaradərili senator seçildi



ABŞ-ın Missisipi ştatında 1874-cü ildən bəri ilk dəfə qaradərili namizəd Senata seçilib. 

AFN.az xəbər verir ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə ştat üzrə Senat yarışının qalibi olan demokrat Skott Kolom 152 ildən sonra Missisipidən seçilən ilk qaradərili senator olub.

Associated Press (AP) agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə əsasən, demokrat Kolom Missisipidən senator seçilib.

Kolom 1874-cü ildən bəri bu ştatdan ABŞ Senatına seçilən ilk qaradərili şəxs olub.

Missisipidəki nəticələrin də açıqlanmasından sonra noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratların Senatdakı yerlərinin sayı 55-ə çatıb, respublikaçılar isə 44 yer qazanıblar.

Alyaskadakı Senat mandatının qalibi isə hələ müəyyənləşməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu