SpaceX ABŞ Kosmik Qüvvələri üçün iki məxfi uçuş həyata keçirib



ABŞ-ın SpaceX şirkətinin Kaliforniya ştatından ABŞ Kosmik Qüvvələri üçün altı gün ərzində ikinci məxfi raket buraxılışını həyata keçirdiyi bildirilir. 

AFN.az xəbər verir ki, son buraxılış zamanı Falcon 9 raketi ABŞ Kosmik Qüvvələrinin USSF-627 adlı məxfi missiyasını orbitə daşıyıb.

Space.com-un məlumatına görə, SpaceX-ə məxsus Falcon 9 raketi Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından buraxılıb.

SpaceX hər iki missiya ilə bağlı təfərrüatları açıqlamayıb. Falcon 9 raketlərinin birinci pillələri Yerə qayıtdıqdan sonra şirkət canlı yayımları dayandırıb.

Şirkət noyabrın 6-da da eyni bazadan USSF-432 adlı oxşar missiya çərçivəsində Falcon 9 raketini kosmosa göndərmişdi.

Bəzi ekspertlər hesab edirlər ki, buraxılışlar zamanı ABŞ Kosmik Qüvvələrinə dünyanın müxtəlif yerlərindəki potensial hədəfləri izləməyə kömək edən Kosmik Bazalı Aşkarlama və Hədəfləmə Proqramı çərçivəsində SpaceX-in Starshield peykləri orbitə çıxarılmış ola bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu