SpaceX raketi 300-cü dəfə orbitə buraxılıb


SpaceX-in Falcon 9 raketi fevralın 15-də 300-cü dəfə orbitə buraxılıb.



Bu barədə "ArsTechnica” nəşri yazıb.

Kaliforniyadakı (ABŞ) Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilən buraxılış zamanı Starlink peykləri orbitə çıxarılıb.

Nəşr qeyd edir ki, cəmi 24 saatdan az müddətdə SpaceX Falcon 9-u üç dəfə kosmosa çıxara bilib. Digər iki buraxılış isə Floridada baş tutub.

Fevralın 15-də Kaliforniyada baş tutan sonuncu Falcon 9 buraxılışı zamanı Pentaqonun maraqlarına uyğun olaraq hipersəs silahlarını izləmək üçün peyklər buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu