SpaceX kosmosa 52 Starlink peyki göndərdi


ABŞ-da yerləşən kosmik gəmi və raket istehsalçısı SpaceX, Falcon-9 raketi ilə kosmosa 52 Starlink peyki göndərib. Peykləri orbitə çıxaracaq raket bu gün yerli vaxtla saat 03:10-da Floridadakı Cape Canaveral Kosmik Stansiyasından buraxılıb.


SpaceX şirkəti tərəfindən buraxılan 52 Starlink peyki 1,5 milyon istifadəçini yüksək sürətli və aşağı gecikmə ilə genişzolaqlı internetlə təmin edən 4000-dən çox Starlink peykinə qoşulacaq.

Missiyasını başa vurduqdan sonra raket Atlantik Okeanında "Just Read The Instructions" adlı pilotsuz gəmiyə uğurlu eniş edərək SpaceX-in bu il 39-cu, Falcon 9-un isə indiyədək 230-cu missiyasını yerinə yetirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu