"SpaceX" "Falcon 9"-un buraxılışını saniyələr qalmış ləğv edib


Amerikanın "SpaceX" şirkəti hərbi kosmik gəmilər partiyası olan "Falcon 9" daşıyıcı aparatının orbitə buraxılışını vaxta saniyələr qalmış ləğv edib.


AFN.az bu barədə “Spaceflight Now”a istinadən xəbər verir. Bildirilir ki, Kaliforniyadakı Vandenberq kosmos mərkəzindən reallaşmalı olan buraxılış təyin edilmiş vaxta üç saniyə qalmış ləğv edilib. "Falcon 9" ABŞ Kosmik Qüvvələri üçün on ballistik raket izləmə və relay peyki partiyasını daşıyır.

"Tranche 0" missiyasının işə salınmasına hazırlıq plana uyğun getsə də, uçuş dayandırılıb. Buraxılışın ləğv edilməsinin səbəbləri hələlik açıqlanmayıb. Martın 31-də yeni buraxılış cəhdi planlaşdırılır.

Peyklərin min kilometrə yaxın yüksəkliyə malik orbitə çıxarılması gözlənilir. Ümumilikdə, Pentaqonun Kosmik İnkişaf Agentliyi yaxın bir neçə ildə kosmosa 200-dən çox aparat buraxmağı planlaşdırır ki, bu da raketləri aşkar etmək, izləmək və ələ keçirmək imkanlarını təkmilləşdirəcək.

Daha əvvəl "SpaceX"in baş direktoru İlon Mask bildirmişdi ki, fevralın 27-də orbitə buraxılan ilk partiyadan olan ən son Starlink V2 peyklərindən bəziləri aşağı Yer orbitindən məlumat tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu