"SpaceX" kosmosa 23 "Starlink" və 2 müşahidə peyki göndərdi
Amerikalı kosmik gəmi və raket istehsalçısı "SpaceX" "Starlink" İnternet Şəbəkəsi Layihəsi çərçivəsində kosmosa 23 "Starlink" və 2 Yer müşahidə peyki göndərib.
“Space.com” saytının xəbərinə görə, "SpaceX" yerli vaxtla saat 10.37-də ABŞ Aerokosmik Agentliyinin (NASA) Florida ştatındakı Canaveral kosmodromundan "Starlink" peyklərini daşıyan "Falcon 9" raketini aşağı orbitə çıxarıb.
"Falcon 9" raketinin birinci mərhələsi buraxıldıqdan sonra Atlantik okeanındakı "A Shortfall of Gravitas" platformasına enib.
"SpaceX" "Starlink" layihəsi çərçivəsində dünya miqyasında internetə çıxış təmin etməyi hədəfləyir. Layihə çərçivəsində şirkətin aşağı orbitdə 5800-dən çox aktiv peyki var.
Digər tərəfdən ABŞ-ın peyk görüntüləmə şirkəti "Maxar Technology" üçün Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Bazasından iki yer müşahidə peyki "Falcon 9" raketi ilə kosmosa buraxılıb.
Qeyd edək ki, "SpaceX" 2024-cü ildə 43 orbital missiya həyata keçirib, onlardan 29-u "Starlink" layihəsi çərçivəsindədir.