Əsgər səs-küy saldığı üçün Pit Heqsethə xəbərdarlıq etdi



ABŞ müdafiə naziri Pit Heqseth Veteranlar Günü ilə əlaqədar keçirilən anım mərasimindən sonra hərbi memorialın yaxınlığında yüksək səslə danışıb güldüyü üçün növbətçi əsgərin xəbərdarlığı ilə üzləşib. 

AFN.az xəbər verir ki, Arlinqton Milli Qəbiristanlığında naməlum əsgərin məzarı önündə xatirə fotosu çəkdirən Heqseth və onu müşayiət edən şəxslər ərazidən ayrılarkən yüksək səslə danışıb güldükləri üçün əsgər tərəfindən səssizliyi qorumağa çağırılıblar.

Arlinqton Milli Qəbiristanlığında keçirilən anım mərasimindən sonra baş verən və kameralara düşən anlar sosial şəbəkələrdə diqqət çəkib.

Mərasimdən sonra Naməlum Əsgər Məzarının önündə xatirə fotosu çəkdirən Heqseth və onu müşayiət edən şəxslər çəkilişdən sonra ərazidən uzaqlaşarkən yüksək səslə gülüb danışmağa başlayıblar. Bu zaman memorialda xidmət aparan növbətçi əsgər onlara səsli xəbərdarlıq edib.

Qrupun gülüş səslərindən dərhal sonra növbətçi əsgərin bütün ziyarətçilərin hər zaman səssizlik və hörmət mühitini qoruması barədə ucadan etdiyi xəbərdarlıq kameralara əks olunub.

Sosial şəbəkələrdə hadisəyə münasibət bildirən çoxsaylı istifadəçilər Heqseth və onu müşayiət edən şəxsləri tənqid edərək hərbi memorialın yaxınlığında hər kəsin daha hörmətli davranmalı olduğunu vurğulayıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu