Çin “Shijian-24” eksperimental peykini orbitə çıxarıb


Çin “Shijian-24” adlı eksperimental peykini uğurla Yer orbitinə çıxarıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb. Bildirilir ki, peyk noyabrın 19-da yerli vaxtla saat 06:51-də Şansi əyalətindəki Tayüan kosmodromundan “Çançjen-2D” daşıyıcı raketi ilə kosmosa göndərilib.

Bu, “Çançjen” seriyalı raketlərin 678-ci buraxılışı olub.

İki pilləli, maye yanacaqla işləyən “Çançjen-2D” raketinin uzunluğu 40,7 metr, burun hissəsinin diametri isə 3,35 metrdir. Raket aşağı Yer orbitinə 3,5 tona qədər, 700 kilometr yüksəklikdəki Günəşlə sinxron orbitə isə 1,3 tona qədər faydalı yük çıxarmaq imkanına malikdir. Bu, həmin raketin 108-ci buraxılışı, 2026-cı ildə isə yeddinci uçuşudur.

Çin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də Ayın tədqiqi üçün nəzərdə tutulan texnologiyalar üzərində işləyir. Dövlət dəstəyi ilə çinli mütəxəssislər asteroidlərin və Marsın araşdırılması imkanlarını da öyrənirlər.

Hazırda Çinin Yer orbitində beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulmuş kosmik stansiyası fəaliyyət göstərir. Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirərək öz rekordunu yeniləyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu