Çin Fransa ilə birlikdə yaradılmış teleskop peykini orbitə çıxarıb


Çin Fransa ilə birgə hazırladığı teleskop peyki olan Kosmik Dəyişən Obyektlərin Monitoru (SVOM) orbitə göndərib.


AFN.az xəbər verir ki, bu barədə Çinin yerli mediası məlumat yayıb. Qurğu ölkənin cənub-qərbindəki Siçan kosmodromunda CZ-2C raketindən istifadə edilməklə buraxılıb.

SVOM-un çəkisi 930 kq-dır. O, Çin Milli Kosmik Administrasiyasının və Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu rentgen teleskopu xüsusilə ulduzların partlaması nəticəsində yaranan qamma şüalarını öyrənmək üçün istifadə olunacaq.

Pekin özünün milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir, meteoroloji, telekommunikasiya və naviqasiya peykləri və Ayın tədqiqi üçün nəzərdə tutulmuş texnologiyalar hazırlayır. Mütəxəssislər asteroidlərin və Marsın tədqiqi üzrə layihələr həyata keçirirlər. 2023-cü ildə Çin orbitə 67 buraxılış həyata keçirib, 2024-cü ildə isə bu rəqəmin təxminən 100-ə çatdırılması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu