Avropa Kosmik Agentliyinin "Ariane 5" raketi sonuncu dəfə orbitə buraxılıb


Avropa Kosmik Agentliyinin (ESA) buraxılış xidmətləri şirkəti "Arianespace", "Ariane 5" raketini sonuncu dəfə kosmosa göndərib.


"Arianespace"nin məsələ ilə bağlı açıqlamasında son dəfə kosmosa göndərilən "Ariane 5"-in ümumilikdə 117 missiya yerinə yetirdiyi qeyd edilib.

"Ariane 5"-in son missiyasında Fransa hərbi telekommunikasiya peyki "SYRACUSE 4B" və alman telekommunikasiya peyki "Heinrich-Hertz"i daşıyacağı deyilir.

Açıqlamada hər iki peykin orbitə uğurla yerləşdirildiyi bildirilib. Alman peyki rabitə sahəsində yeni çağırışların həlli yollarını inkişaf etdirmək məqsədi daşıyır.

Açıqlamada "Ariane 5"-in "Ariane 6" ilə əvəzlənəcəyi qeyd edilib.

Fransız şirkəti "Arianespace" 1980-ci ildən bəri Fransız Qvianasının Kurou şəhərindəki kosmos mərkəzində buraxılış xidmətləri göstərir.

İlk dəfə 1996-cı ildə buraxılan “Ariane 5” sayəsində indiyədək orbitə 197 peyk yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu