Çin "Cielong-3" raketi ilə dənizdən 8 peyk buraxıb


Çin kommersiya peyk daşınması üçün nəzərdə tutduğu "Cielong-3" (Ağıllı Əjdaha) raketi ilə dənizdən kosmosa 8 peyk göndərib.



"Sinxua" agentliyinin məlumatına görə, peyklər Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında yerləşən dəniz platformasından buraxılıb.

Çin Başlatma Vasitələri Texnologiyası Akademiyasına (CALT) bağlı olan "China Rocket Company" tərəfindən hazırlanmış "Cielong-3" yerdən günəşin sinxron orbitinə 500 kilometr yüksəklikdə 1,5 tona qədər faydalı yük daşıya bilir.

Uzunluğu 31 metr, diametri 2,65 metr olan 140 kiloqramlıq bərk yanacaqla işləyən raket dörd pilləli atəş mexanizminə malikdir. Kommersiya peyk bazarında artan tələbata cavab verməyi hədəfləyən raketin buraxılış xərclərini bir kilosu 10 min dollardan aşağı salacağı gözlənilir.

Xatırladaq ki, şirkət daha əvvəl hazırladığı "Cielong-1" raketi ilə 2019-cu ildə günəşin sinxron orbitinə 3 peyk çıxarıb. Birinci nəsil raketin daşıma qabiliyyəti 200 kiloqram olub.

Qeyd edək ki, şirkətin yeni nəsil "Cielong-4" raketinin 2,5 ton yükgötürmə qabiliyyətinə malik olması planlaşdırılır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu