Avstraliyanın ilk yerli istehsalı döyüş gəmisinin qalıqları 128 il sonra tapılıb



Avstraliyanın ilk yerli istehsalı döyüş gəmisi HMCS Spitfire-ın qalıqları 128 il sonra Kvinslend ştatının sahillərində aşkarlanıb. 

AFN.az xəbər verir ki, Avstraliya Kral Donanmasına məxsus mina gəmisi Piper adası yaxınlığında 1898-ci il avqustun 21-də su alaraq batan HMCS Spitfire-ın qalıqlarının axtarışı ilə bağlı genişmiqyaslı işləri başa çatdırıb.

Mümkün Rusiya işğalına qarşı inşa edilən Avstraliyanın ilk yerli istehsalı döyüş gəmisinin batığının batmasından düz 128 il sonra, avqustun 21-də Kvinslend ştatının sahillərində aşkarlandığı bildirilib.

Avstraliya Müdafiə Nazirliyinin açıqlamasında kəşfin daha əvvəl ictimaiyyətə elan edilməməsinin gəmi qalıqlarının qorunmasına dair qanunlar çərçivəsində dövlət qurumları arasında həyata keçirilməli olan məlumatlandırma prosedurları ilə əlaqədar olduğu qeyd edilib.

Kvinslend rəsmiləri HMCS Spitfire-ın batmasından düz 128 il sonra tapılmasını böyük şans kimi qiymətləndiriblər.

Britaniya Krallığına məxsus HMCS Spitfire Krım müharibəsi dövründə mümkün Rusiya işğalına qarşı müqavimət göstərmək məqsədilə 1855-ci ildə xidmətə qəbul edilib. Lakin gəmi istifadə olunmadan müharibə başa çatıb.

Kvinslend ştatının rəhbərliyi 1885-ci ildə Spitfire-ı balıqçılıq fəaliyyəti üçün xüsusi mülkiyyətə verib. Gəmi 1898-ci il avqustun 21-də Piper adası yaxınlığında su alaraq batıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu