Rusiya, Çin və ABŞ liderləri sülh haqqında bəyannamə imzalayıblar
Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünün yekununda sülh haqqında birgə bəyannamə qəbul edilib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp beynəlxalq vəziyyəti ətraflı müzakirə edib, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiqliklərini ifadə ediblər.
Bəyannamədə üç ölkənin razılaşdırdığı bir sıra əsas prinsiplər əksini tapıb.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ təşkilatın islahatına dəstək veriblər. Məqsəd BMT-nin qlobal çağırışlara daha effektiv reaksiya verməsi, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas missiyasını yerinə yetirməsidir.
Üç ölkə bütün dövlətlərin maraqları naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Tərəflər enerji təchizatının sabitliyinin vacibliyini də təsdiqləyiblər.
Bəyannamədə dövlətlərin razılığı prinsipinin və rəsmi şəxslərin toxunulmazlığının qorunmasının əsas əhəmiyyət daşıdığı vurğulanıb. Liderlər Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu barədə razılığa gəliblər.
Sənəddə nüvə müharibəsində qalibin olmayacağı və belə bir müharibənin heç vaxt başlanmamalı olduğu xüsusi qeyd edilib. Üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoqu davam etdirmək niyyətindədir.
