ABŞ və Çin arasında nüvə obyektləri ilə bağlı yeni təşəbbüs
ABŞ və Çin bir-birinin nüvə obyektlərinin qarşılıqlı yoxlanılması imkanını müzakirə etməyə başlayıb.
AFN.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Donald Tramp administrasiyası yaxın aylarda bu təşəbbüsün irəlilədilməsi məqsədilə bir sıra görüşlər keçirməyi planlaşdırır.
Telekanalın həmsöhbətlərindən biri bildirib ki, qarşılıqlı yoxlamaların keçirilməsi ideyasını bu il ilk olaraq Çin tərəfi irəli sürüb.
CNN-in məlumatına görə, iki ölkənin rəsmiləri arasında müzakirələr əsasən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşləri çərçivəsində aparılıb.
