Çin öz vətəndaşlarına ABŞ-a səyahət xəbərdarlığı edib

Çin hökuməti iki ölkə arasında qarşılıqlı tarif artımları ilə gərginliyin artdığı bir vaxtda öz vətəndaşlarını ABŞ-a səfər edərkən təhlükəsizlik risklərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Çin Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamada "Çin və ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, çinli turistlər ABŞ-a səyahət risklərini qiymətləndirməli və səyahətləri zamanı diqqətli olmalıdırlar" qeyd edilib.