ABŞ ölkədəki həkimlərə danq qızdırması ilə bağlı xəbərdarlıq edib


ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədəki həkimlərə danq qızdırması hallarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.



CDC-dən edilən yazılı açıqlamada ABŞ-da danq qızdırması hallarının artması riskinin olduğu bildirilib.

Açıqlamada ABŞ-da həkimlərə bu xəstəliyə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Açıqlamada bütün ölkələrdə danq qızdırması yoluxma hallarının artdığı, yanvarın 1-dən iyunun 24-dək ABŞ-a səfər edənlər arasında 745 danq qızdırması yoluxma faktının aşkarlandığı bildirilib.

Vurğulanıb ki, 1 yanvar - 24 iyun tarixləri arasında Amerika qitəsində 9,7 milyondan çox danq qızdırması yoluxması qeydə alınıb ki, bu da bütün 2023-cü ildə bildirilən hadisələrin sayından iki dəfə çoxdur.

Həkimlərə qızdırması olan və xəstəliyin əlamətləri görünməzdən əvvəl 14 gün ərzində dang qızdırmasının çox olduğu bölgələrdə olmuş insanlarda danq qızdırması şübhəsinə qarşı diqqəti artırmağa və diaqnostik testlərin 14 gün ərzində aparılmalı olduğu bildirilib.

Bəyanatda dang xəstəliyi hallarının vaxtında dövlət səhiyyə orqanlarına bildirilməsinin vacibliyi və xəstəliyin geniş yayıldığı ərazilərdə yaşayan və ya ziyarət edənlər arasında ağcaqanad dişləməsinin qarşısının alınması tədbirlərinin təbliğinin vacib olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu