Banqladeşdə danq qızdırması 778 nəfərin həyatına son qoyub


Banqladeşdə ilin əvvəlindən bu yana 778 nəfər danq qızdırması səbəbindən dünyasını dəyişib.


Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyindən verilən açıqlamada, ilin əvvəlindən bu yana ölkədə danq qızdırmasına yoluxma sayının 157 min 172-yə çatdığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu rəqəmlərin əslində daha yüksək olduğunu, lakin dəqiq məlumat verilmədiyini açıqlayıb.

Digər tərəfdən Muğda Tibb Fakültəsi Xəstəxanasının direktoru Muhammed Niatuzzaman epidemiyanın ölkənin davamlı siyasəti olmadığı və bir çox mütəxəssisin xəstəliyi necə müalicə edəcəyini bilmədiyi üçün daha çox yayıldığını bildirib.

Niatuzzaman məmurları epidemiyalara qarşı daha yaxşı hazırlığa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu